2007-ci ildə heyvanların cins tərkibinin yaxşılaşdırılması barədə

07.02.2008

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı"nda (2004-2008-ci illər) nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq 2007-ci ildə heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində dövlət və özəl damazlıq təsərrüfatları tərəfindən müəyyən işlər yerinə yetirilmişdir. Belə ki, hesabat məlumatlarına görə ötən il damazlıq məqsədilə təsərrüfatlara 1110 baş qaramal, 9303 baş qoyun və keçi, 52 baş at satılmışdır. 2006-cı illə müqayisədə satılmış cins qaramalın sayı 3 dəfə, qoyun və keçilərin sayı 2.6 dəfə artmışdır. Heyvanların süni mayalandırılması üzrə görulmuş işlərin həcmi son illər genişlənməkdədir. Hesabat ilində 16527 baş inək, camış və düyə süni mayalandırılmış və 98.7 faizi elit törədicilərin toxumları ilə həyata keçirilmişdir.