Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2022-ci ilin yanvar-oktyabr aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-oktyabr aylarında 73,3 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,6 faiz artmışdır.
Sənaye məhsulunun 76,4 faizi mədənçıxarma sektorunda, 19,9 faizi emal sektorunda, 3,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 8,6 faiz artmışdır.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 81,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 59,9 faiz, maşın və avadanlıqların istehsalı 45,0 faiz, elektrik avadanlıqlarının istehsalı 41,4 faiz, geyim istehsalı 37,6 faiz, mebel istehsalı 32,9 faiz, poliqrafiya məhsullarının istehsalı 24,0 faiz, kağız və karton istehsalı 17,2 faiz, əczaçılıq məhsullarının istehsalı 16,9 faiz, tikinti materiallarının istehsalı 14,9 faiz, hazır metal məmulatlarının istehsalı 12,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,5 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 10,3 faiz, qida məhsullarının istehsalı 8,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 5,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 3,8 faiz artmış, tütün məmulatlarının istehsalı 2,4 faiz, içkilərin istehsalı 4,2 faiz, neft məhsullarının istehsalı 6,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 22,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 30,7 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,7 faiz artmışdır.
Əlaqə telefonu: 377-10-70 (22-10)