Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi"nə dair təlim keçirilmişdir
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı İnsan resursları və hüquq şöbəsi tərəfindən Aparatın və yerli statistika orqanlarının əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə mövzusunda təlim keçirilmişdir.
Təlimdə korrupsiya anlayışı və onun formaları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya ilə əlaqədar müraciətlərə baxılmasının xüsusiyyətləri haqqında bəhs edilmiş, həmçinin korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlardan danışılmış, korrupsiyaya qarşı mübarizənin davamlı olması, onun qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsinin xüsusi əhəmiyyəti diqqətə çatdırılmış, dövlət siyasətinin əsas məqsədinin insanların yüksək sosial rifahına nail olmaqdan ibarət olduğu bildirilmiş və digər məsələlər üzrə məlumat verilmişdir.
Mövzu ilə bağlı təlim iştirakçıları ilə interaktiv şəkildə fikir mübadiləsi aparılmışdır.