Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2008-ci ilin yanvar ayında sənayenin inkişafı haqqında
2008-ci ilin yanvar ayında ölkə sənayesində 2022.6 milyon manatlıq və ya əvvəlki ilin yanvar ayının səviyyəsindən 11.3 faiz, o cümlədən sənayenin qeyri-neft sektorunda 15.3 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın artımı neftin hasilatında 9.1 faiz, qazın hasilatında 99.4 faiz, maşın və avadanlıqların istehsalında 25.3 faiz, oduncaqların emalı və ağacdan məmulatların istehsalında 58.0 faiz, qida məhsullarının istehsalında 12.0 faiz, tikinti materiallarının istehsalında 3.0 dəfə, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalında və s. sahələrdə müşahidə olunmuşdur. Neftin hasilatı və emalını əhatə edən neft sektoru müəssisələrində istehsalın həcmi 2007-ci ilin yanvar ayının səviyyəsini 10.7 faiz üstələmiş və ölkə üzrə ümumi sənaye məhsulunun beşdə dörd hissəsini təşkil etmişdir. İstehsalın 92.8 faizi malların, 7.2 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, sənaye məhsulunun 20.7 faizi dövlət müəssisələrində, 79.3 faizi isə özəl bölmədə istehsal edilmiş və həcmi 20.0 faiz artmışdır.