Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əsas kapitala yönəldilmiş vəsait haqqında
2023-cü ilin yanvar ayında əsas kapitala 1091,7 milyon manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 61,2 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artmışdır. İstifadə olunmuş vəsaitin 506,2 milyon manatı və ya 46,4 faizi məhsul istehsalı sahələrinə, 529,0 milyon manatı (48,4 faizi) xidmət sahələrinə, 56,5 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 812,1 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 844,2 milyon manatı və ya 77,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 41,2 faiz, büdcə vəsaitləri 47,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,0 faiz, bank kreditləri 2,9 faiz, sair vəsaitlər isə 2,2 faiz təşkil etmişdir.
Əlaqə telefonu: 377-10-70 (22-10)