Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında
2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton, yük dövriyyəsi isə 12648,9 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,8 faiz və 31,9 faiz artım müşahidə olunmuşdur. Yüklərin 27966,8 min tonu və ya 54,4 faizi avtomobil nəqliyyatı, 16841,2 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 6612,6 min tonu və ya 12,9 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 26,5 faizini və ya 13634,6 min tonunu tranzit yüklər təşkil etmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-22)