2023-cü ilin yanvar-mart aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

12.05.2023, 12:00

2023-cü ilin yanvar-mart aylarında 370 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,3 faiz azalaraq 499 nəfər olmuşdur. Onlardan 173-ü həlak olmuş, 326-sı isə yaralanmışdır. Hadisələrin 46,8 faizi gündüz, 31,9 faizi gecə, 21,3 faizi isə toran vaxtı baş vermiş, 26,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 89,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 2,3 faiz artaraq 132 nəfər, yaralananların sayı isə 5,7 faiz azalaraq 316 nəfər olmuşdur.

Göstəricinin adı 2023-cü ilin yanvar-mart aylarında 2022-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə
     
Bütün yol-nəqliyyat hadisələri – cəmi 370 91,8
Məkanına görə:    
           magistral avtomobil yollarında 39 60,9
           yaşayış məntəqələrində 331 97,6
İşıqlılıq vəziyyətinə görə:    
           gündüz vaxtı 173 87,8
           toran vaxtı 79 121,5
           gecə vaxtı 118 83,7
Yol örtüyünün vəziyyətinə görə:    
          quru yol örtüyü 345 95,0
          digər (yaş, buz və s.) 25 62,5
Zərərçəkənlərin sayı, nəfər 499 89,7
           həlak olanlar 173 94,5
           yaralananlar 326 87,4

Bütün yol-nəqliyyat hadisələrinin 38,4 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,2 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,0 faizini, yaralananların isə 71,8 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 13 hadisə baş vermiş, nəticədə 3 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır. Hadisələrin 11-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

Əlaqə telefonu: 377 10 70 (22-22)