2008-ci ilin yanvar-mart aylarında əhalinin gəlirləri haqqında

11.04.2008

Cari ilin yanvar-mart aylarında əhalinin adambaşına gəlirləri 2007-ci ilin eyni dövrü ilə müqayisədə 33.1 faiz artaraq 486.3 manat və ya 576.8 ABŞ dolları təşkil etmişdir. Bu dövrdə hər ay adambaşına orta hesabla 162.1 manat (192.3 ABŞ dolları) məbləğində gəlir düşmüşdür ki, bu da 2007-ci ildəkindən 38.9 manat çoxdur. Rüb ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 4.1 milyard manatlıq gəlirin 69.5 faizi son istehlak xərclərinə, 8.8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 21.7 faizi isə kapital və əmanətlərin artırılmasına yönəldilmişdir. Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 3.8 milyard manatlıq və ya əvvəlki ildəkindən 1.0 milyard manat çox vəsait qalmışdır.