Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əsas kapitala yönəldilmiş vəsait haqqında
2023-cü ilin yanvar-may aylarında əsas kapitala 5858,2 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,2 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 3432,5 milyon manatı və ya 58,6 faizi məhsul istehsalı sahələrinə, 2097,8 milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 327,9 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4314,5 milyon manatını və ya 73,6 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4124,3 milyon manatı və ya 70,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,6 faiz, büdcə vəsaitləri 35,6 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 3,4 faiz, sair vəsaitlər isə 5,7 faiz təşkil etmişdir.
Əlaqə telefonu: 377-10-70 (22-10)