Azərbaycanda demoqrafik vəziyyət

17.04.2008

2008-ci il aprel ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 8653 min nəfər olmuş və cari ilin 3 ayı ərzində 23 min nəfər və ya 0,3 faiz artmışdır. Əhalinin ümumi sayından 4477 min nəfəri və ya 51,7 faizi şəhər, 4176 min nəfəri (48,3 faizi) kənd yerlərində yaşayır. Ölkə əhalisinin 4269 min nəfərini, yacxud 49,3 faizini kişilər, 4384 min nəfərini və ya 50,7 faizini isə qadınlar təşkil edir. Əhalinin orta yaşı 31, doğulanda gözlənilən ömür uzunluğu isə 72,4 yaş, o cümlədən kişilərdə 69,7, qadınlarda 75,1 yaş təşkil edir. 2008-ci ilin birinci rübü ərzində ölkədə 38 min, orta hesabla gündə 417 körpə doğulmuş, onların 53,4 faizini oğlanlar, 46,6 faizini isə qızlar təşkil etmişdir. Körpələrin 330-u əkiz, 3-ü isə üçəm doğulmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 16,7-dən 17,9-a qədər artmışdır. Hazırda orta hesabla bir qadına bütün ömrü boyu təcxminən iki doğulmuş uşaq düşür. Respublikada ölümün səviyyəsi nisbətən aşağı və sabit olaraq qalmaqdadır. İlin əvvəlində 15,3 min ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrünün səviyyəsində qalmışdır. Birinci rübdə 16,2 min nikah və 2 min boşanma qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların və boşanmaların sayı 2007-ci ilin səviyyəsində qalmışdır. 2008-ci ilin üç ayı ərzində Daxili İşlər Nazirliyinin pasport xidmətləri tərəfindən Azərbaycana daimi yaşamaq üçün 741 nəfər gələn və ölkədən 677 nəfər gedən qeydə alınmışdır.