Tikintilərin aparılmasına icazələrin verilməsi haqqında

22.04.2008

2008-ci ilin birinci rübü ərzində ölkə ərazisində ümumi dəyəri 89,1 milyon manat olan 668 istehsal və qeyri-istehsal təyinatlı tikili və obyektlərin tikintisinin aparılmasına icazə verilmişdir. Həmin obyektlərin 237-si ticarət və xidmət, 398-i yaşayış tikintisi, 3-ü nəqliyyat, 30-u isə iqtisadiyyatın digər sahələrinə aiddir. Cari ilin üç ayı ərzində ümumi sahəsi 96,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə icazə verilmişdir. Bu evlərin inşaasının 95,2 min kvadrat metri qeyri-dövlət, 1,3 min kvadrat metri isə dövlət təşkilatları tərəfindən həyata keçiriləcəkdir. Tikintisinin aparılmasına icazə verilmiş tikili və obyektlərin yarıdan çoxunun (68,6 faizinin) inşaası Bakı və Əli Bayramlı şəhərlərində, habelə Şamaxı, Şəki, Astara, Lənkəran, Masallı və Ağcabədi rayonlarında həyata keçiriləcəkdir.