2023-cü ilin yanvar-iyun aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

11.08.2023, 12:00

2023-cü ilin yanvar-iyun aylarında 780 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 4,8 faiz azalaraq 1056 nəfər olmuşdur. Onlardan 387-si həlak olmuş, 669-u isə yaralanmışdır. Hadisələrin 44,3 faizi gündüz, 39,4 faizi gecə, 16,3 faizi isə toran vaxtı baş vermiş, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 24,7 faiz artaraq 293 nəfər, yaralananların sayı isə 7,5 faiz azalaraq 644 nəfər olmuşdur.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

Göstəricinin adı 2023-cü ilin yanvar-iyun aylarında 2022-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə
     
Bütün yol-nəqliyyat hadisələri – cəmi 780 95,5
Məkanına görə:    
           magistral avtomobil yollarında 90 69,2
           yaşayış məntəqələrində 690 100,4
İşıqlılıq vəziyyətinə görə:    
           gündüz vaxtı 346 86,7
           toran vaxtı 127 110,4
           gecə vaxtı 307 101,3
Yol örtüyünün vəziyyətinə görə:    
          quru yol örtüyü 733 96,3
          digər (yaş, buz və s.) 47 83,9
Zərərçəkənlərin sayı, nəfər 1056 95,2
           həlak olanlar 387 115,2
           yaralananlar 669 86,5

Bütün yol-nəqliyyat hadisələrinin 39,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 37,9 faizi nəqliyyat vasitələrinin və piyadaların, 23,0 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,7 faizini, yaralananların isə 73,2 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 16 hadisə baş vermiş, nəticədə 4 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır. Hadisələrin 13-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

Əlaqə telefonu: 377-10-70 (22-22)