Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2023-cü ilin yanvar-avqust aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,0 faiz artmışdır.
Sənaye məhsulunun 68,6 faizi mədənçıxarma sektorunda, 26,2 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 97,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 80,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1 faiz, poliqrafiya məhsullarının istehsalı 30,1 faiz, kağız və karton istehsalı 27,2 faiz, içkilərin istehsalı 26,7 faiz, tikinti materiallarının istehsalı 26,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 23,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,9 faiz, hazır metal məmulatlarının istehsalı 17,0 faiz, maşın və avadanlıqların istehsalı 14,9 faiz, neft məhsullarının istehsalı 13,0 faiz, qida məhsullarının istehsalı 11,2 faiz, tütün məmulatlarının istehsalı 6,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,0 faiz, mebel istehsalı 6,0 faiz, əczaçılıq məhsullarının istehsalı 2,8 faiz artmış, elektrik avadanlıqlarının istehsalı 0,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,7 faiz, geyim istehsalı 13,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 17,7 faiz, sair sənaye məhsullarının istehsalı 30,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 30,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 31,4 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,6 faiz artmışdır.
Əlaqə telefonu: 377-10-70 (22-10)