2008-ci ilin yanvar-aprel aylarında istehlak bazarı haqqında

07.05.2008

2008-ci ilin yanvar-aprel aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünün göstəricisini 14,7 faiz üstələyərək 3 milyard 185,3 milyon manat olmuşdur. Dövriyyənin 15,6 faizi hüquqi şəxslərin, 45,9 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 38,5 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşmışdır. Hesabat dövründə ticarət şəbəkələrindən əhaliyə 2 milyard 73 milyon manatlıq ərzaq, 1 milyard 112,3 milyon manatlıq qeyri-ərzaq malları satılmış və 2007-ci ilin yanvar-aprel ayları ilə müqayisədə müvafiq olaraq 10,8 və 25,0 faiz artmışdır. Dörd ay ərzində əhaliyə 898,1 milyon manatlıq və ya 29,6 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin 79,0 faizi hüquqi, 21,0 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 36,6 və 8,6 faiz çox xidmət göstərilmişdir.