Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əsas kapitala yönəldilmiş vəsait haqqında
2023-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala 12728,9 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,3 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,1 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 23,2 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 7482,0 milyon manatı və ya 58,8 faizi məhsul istehsalı sahələrinə, 4607,8 milyon manatı (36,2 faizi) xidmət sahələrinə, 639,1 milyon manatı (5,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 9839,7 milyon manatını və ya 77,3 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 9293,3 milyon manatı və ya 73,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,4 faiz, büdcə vəsaitləri 40,6 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, bank kreditləri 2,6 faiz, sair vəsaitlər isə 5,2 faiz təşkil etmişdir.
Əlaqə telefonu: 377-10-70 (22-10)