Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2008-ci ilin birinci rübündə nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə
Rüb ərzində nəqliyyat müəssisələrində muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2565 nəfər artaraq 69381 nəfər təşkil etmişdir. Onların 83,8 faizi dövlət müəssisələrində, 16,2 faizi özəl bölmədə çalışır. İşçilərin 63,8 faizi quru yol, 13,3 faizi su, 6,6 faizi hava nəqliyyatı və 16,3 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə çalışmışdır. İşçilərin orta aylıq əmək haqqı 2007-ci ilin birinci rübünə nisbətən 32,0 faiz artaraq 272,0 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 681,2 manat, dəniz nəqliyyatında 416,6 manat, avtomobil nəqliyyatında 304,5 manat, dəmir yolu nəqliyyatında isə 144,0 manat təşkil etmişdir. Əmək haqqının artımı hava nəqliyyatında 47,5 faiz, dəniz nəqliyyatında 28,5 faiz, dəmir yolu nəqliyyatında 28,0 faiz səviyyəsində olmuşdur. Cari ilin yanvar-mart aylarında rabitə müəssisələrində işləyənlərin sayı 4,9 faiz çoxalaraq 22545 nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 39,4 faiz artaraq 364,3 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin əmək haqqı dövlət bölməsinə nisbətən 4,8 dəfə yüksək olmuşdur.