Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2023-cü ilin yanvar-sentyabr aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
2023-cü ilin yanvar-sentyabr aylarında 1204 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,2 faiz azalaraq 1661 nəfər olmuşdur. Onlardan 627-si həlak olmuş, 1034-ü isə yaralanmışdır. Hadisələrin 43,6 faizi gündüz, 39,6 faizi gecə, 16,8 faizi isə toran vaxtı baş vermiş, 29,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 87,0 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 454 nəfər, yaralananların sayı isə 1,1 faiz azalaraq 981 nəfər olmuşdur.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
Göstəricinin adı | 2023-cü ilin yanvar-sentyabr aylarında | 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə |
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 1204 | 95,6 |
Məkanına görə: | ||
magistral avtomobil yollarında | 157 | 79,3 |
yaşayış məntəqələrində | 1047 | 98,7 |
İşıqlılıq vəziyyətinə görə: | ||
gündüz vaxtı | 525 | 88,5 |
toran vaxtı | 202 | 112,2 |
gecə vaxtı | 477 | 98,1 |
Yol örtüyünün vəziyyətinə görə: | ||
quru yol örtüyü | 1143 | 95,4 |
digər (yaş, buz və s.) | 61 | 100,0 |
Zərərçəkənlərin sayı, nəfər | 1661 | 97,8 |
həlak olanlar | 627 | 104,7 |
yaralananlar | 1034 | 94,1 |
Bütün yol-nəqliyyat hadisələrinin 40,0 faizi bir neçə nəqliyyat vasitəsinin, 36,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 23,2 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,8 faizini, yaralananların isə 72,8 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş vermiş, nəticədə 5 nəfər həlak olmuş, 21 nəfər yaralanmışdır. Hadisələrin 15-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
Əlaqə telefonu: 377-10-70 (22-22)