2008-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin işi haqqında

21.05.2008

Rüb ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 11,6 milyon ton yük, 45,6 milyon nəfər sərnişin daşınmışdır. Yük daşınmasında dəmir yolu nəqliyyatı 54,4 faiz, avtomobil nəqliyyatı 31,4 faiz, dəniz nəqliyyatı 14,2 faiz paya malik olmuş, dəhlizdə bu nəqliyyat növləri ilə daşınmış yüklər ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 28,4 faizini təşkil etmişdir. Ölkə ərazisindən ötürülmüş tranzit yüklərin həcmi 2,9 milyon ton olmuş, dəmir yolunda yük daşınmasının 25,2 faizi, dəniz nəqliyyatında isə 79,7 faizi tranzit yüklərin hesabına həyata keçirilmişdir. Yük və sərnişin daşımalarından 62,8 milyon manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz çox gəlir əldə edilmişdir. Gəlirlərin yaranmasında dəmir yolu nəqliyyatı daha çox - 61,4 faizlik paya malik olmuş, gəlirlərin qalan hissəsi - 20,0 faizi avtomobil, 18,6 faizi isə dəniz nəqliyyatının fəaliyyəti nəticəsində yaranmışdır.