İdxal-ixrac əməliyyatları haqqında

03.06.2008

2008-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası 120 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 5.8 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin 3.9 milyard dollarını (66.7 faizini) ölkədən ixrac olunmuş mallar, 1.9 milyard dollarını (33.3 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 1 milyard 933 milyon dollarlıq müsbət saldo yaranmışdır. Keçən ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 2.0 dəfə, o cümlədən ixrac 2.9 dəfə, idxal 26.8 faiz artmışdır. İxrac-idxal əməliyyatlarının 35.7 faizi Avropa Birliyi, 19.2 faizi MDB ölkələri ilə, 45.1 faizi isə digər dövlətlərlə aparılmışdır. Ümumi dövriyyənin 49.6 faizi Avropa, 35.4 faizi Asiya, 14.2 faizi Amerika, 0.7 faizi Afrika qitəsi ölkələrinin, 0.1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (80.5 faizi) İtaliya, Amerika Birləşmiş Ştatları, Rusiya, Hindistan, Türkiyə, İsrail, Qazaxıstan, Çili, Ukrayna, Almaniya, İran, Fransa, Gürcüstan, Çin və Birləşmiş Krallıqla aparılmışdır.