Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Payızlıq bitkilərin səpini barədə
Ölkədə 2024-cü ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il yanvar ayının 1-i vəziyyətinə 1025,4 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpin aparılmış sahənin 99,0 faizini və yaxud 1015,6 min hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 598,3 min hektarı buğda, 417,1 min hektarı arpa, 161,0 hektarı isə çovdar əkinlərinin payına düşür.
Ən çox buğda bitkisi Cəlilabad (56,6 min ha), Füzuli (32,0 min ha), Şamaxı (29,3 min ha), Hacıqabul (24,6 min ha), Şəki (24,1 min ha), İsmayıllı (21,2 min ha), Ağcabədi (20,0 min ha) və Xocavənd (18,9 min ha) rayonlarında, ən çox arpa bitkisi Kürdəmir (34,5 min ha), Şəki (34,2 min ha), Neftçala (26,7 min ha), Biləsuvar (24,3 min ha), Ağsu (19,9 min ha), Goranboy (15,7 min ha) və Qobustan (14,6 min ha) rayonlarında səpilmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4,6 faiz, o cümlədən buğdanın səpin sahəsi 9,9 faiz azalmış, arpanın səpin sahəsi 4,3 faiz artmışdır.
Əlaqə telefonu: 377 10 70 (22-40)