Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əsas kapitala yönəldilmiş investisiya haqqında
2024-cü ilin yanvar-fevral aylarında əsas kapitala 2638,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 17,1 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 1439,7 milyon manatı və ya 54,6 faizi məhsul istehsalı sahələrinə, 1064,7 milyon manatı (40,3 faizi) xidmət sahələrinə, 133,7 milyon manatı (5,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 2121,3 milyon manatını və ya 80,4 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 1921,3 milyon manatı və ya 72,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əlaqə telefonu: 377-10-70 (22-10)