Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əsas kapitala yönəldilmiş investisiyalar haqqında
2024-cü ilin yanvar-iyun aylarında əsas kapitala 7984,8 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 4,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 12,6 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 4373,2 milyon manatı və ya 54,8 faizi məhsul istehsalı sahələrinə, 2747,3 milyon manatı (34,4 faizi) xidmət sahələrinə, 864,3 milyon manatı (10,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 6452,0 milyon manatını və ya 80,8 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 5513,4 milyon manatı və ya 69,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əlaqə telefonu: 377-10-70 (22-10)