Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Gürcüstanda “Gender statistikası vasitəsilə inklüziv inkişafa doğru irəliləyişin sürətləndirilməsi” mövzusunda regional konfrans keçirilib
2024-cü ilin 25-26 iyul tarixlərində Gürcüstanın Tbilisi şəhərində Gürcüstan Milli Statistika İdarəsi və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Təşkilatının birgə təşkilatçılığı ilə “Gender statistikası vasitəsilə inklüziv inkişafa doğru irəliləyişin sürətləndirilməsi” mövzusunda regional konfrans keçirilib. Konfransda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov və Əhali statistikası şöbəsinin Gender statistikası sektorunun müdiri Zəbihə Əsgər iştirak edib.
Konfrans Gürcüstanın Milli Statistika İdarəsinin yaradılmasının 105-ci ildönümünə və gender statistikasının təşkilinin 25 illiyinə həsr olunmuşdur. Tədbir zamanı milli statistika idarələrinin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri gender statistikasının təkmilləşdirilməsinə dair qabaqcıl təcrübələri ilə bölüşmüşlər. Eyni zamanda təmsil olunan ölkə nümayəndələri ilə gender statistikası sahəsində gələcək təşəbbüslərə dair ətraflı müzakirələr aparılmışdır.
Konfrans zamanı Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair əldə olunmuş nailiyyətlər və gender statistikasının təşkili üzrə geniş məlumat təqdim olunmuşdur.
Tədbirin sonunda gender statistikası sahəsində əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Təşkilatı tərəfindən sertifikatla təltif olundu.