Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2024-cü ilin yanvar-iyun aylarında nəqliyyat dəhlizlərində yük daşımaları haqqında
2024-cü ilin yanvar-iyun aylarında nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 16407,6 min ton, yük dövriyyəsi isə 6633,5 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2 faiz və 2,4 faiz artım müşahidə olunmuşdur. Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8170,0 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə - 4242,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə - 4807,7 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə - 3248,8 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 181,1 min ton təşkil etmişdir. Yüklərin 7506,7 min tonu və ya 45,8 faizi dəmir yolu nəqliyyatı, 5004,4 min tonu və ya 30,5 faizi avtomobil nəqliyyatı, 3896,5 min tonu və ya 23,7 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 59,2 faizini və ya 9707,6 min tonunu tranzit yüklər təşkil etmişdir.
Əlaqə telefonu: 377-10-70 (22-22)