2008-ci ilin yanvar-iyul aylarında istehlak bazarı haqqında

11.08.2008

2008-ci ilin yanvar-iyul aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünün səviyyəsini 15,2 faiz üstələyərək 5 milyard 861,1 milyon manat olmuşdur. Dövriyyənin 15,6 faizi hüquqi şəxslərin, 45,3 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 39,1 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşmışdır. Hesabat dövründə ticarət şəbəkələrindən əhaliyə 3 milyard 809,1 milyon manatlıq ərzaq, 2 milyard 52 milyon manatlıq qeyri-ərzaq malları satılmış və 2007-ci ilin yanvar-iyul ayları ilə müqayisədə müvafiq olaraq 10,4 və 27,9 faiz artmışdır. Yeddi ay ərzində əhaliyə 1 milyard 719,4 milyon manatlıq və ya 29,4 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin 79,4 faizi hüquqi, 20,6 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 36,5 və 7,7 faiz çox pullu xidmət göstərilmişdir.