Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2008-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin işi haqqında
TRASEKA proqramı çərçivəsində reallaşmış Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 24,3 milyon ton və ya ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2,3 faiz çox yük, 96,7 milyon nəfər və ya 5,3 faiz çox sərnişin daşınmışdır. Yük daşınmasında dəmir yolu nəqliyyatı 54,7 faiz, avtomobil nəqliyyatı 31,3 faiz, dəniz nəqliyyatı 14,0 faiz paya malik olmuş, dəhlizdə bu nəqliyyat növləri ilə daşınmış yüklər ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 26,9 faizini təşkil etmişdir. Ölkə ərazisindən ötürülmüş tranzit yüklərin həcmi 5,8 milyon ton olmuş, dəmir yolunda yük daşınmasının 23,7 faizi, dəniz nəqliyyatında isə 78,8 faizi tranzit yüklərin hesabına həyata keçirilmişdir. Daşımalardan 130,8 milyon manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz çox gəlir əldə edilmiş və artım dəmir yolu nəqliyyatında 10,0 faiz, dəniz nəqliyyatında 16,9 faiz və avtomobil nəqliyyatında 10,3 faiz səviyyəsində müşahidə olunmuşdur.