Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2024-cü ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində yük daşımaları haqqında
2024-cü ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 24620,1 min ton, yük dövriyyəsi isə 9905,5 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,3 faiz və 2,1 faiz artım müşahidə olunmuşdur. Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12765,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə - 6522,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə - 7022,9 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə - 4552,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 279,3 min ton təşkil etmişdir. Yüklərin 11304,2 min tonu və ya 45,9 faizi dəmir yolu nəqliyyatı, 7353,6 min tonu və ya 29,9 faizi avtomobil nəqliyyatı, 5962,3 min tonu və ya 24,2 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 57,9 faizini və ya 14247,1 min tonunu tranzit yüklər təşkil etmişdir.
Əlaqə telefonu: 377-10-70 (22-22)