Turizmin mövcud vəziyyəti haqqında

13.12.2024, 12:00

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasına dünyanın 195 ölkəsindən 2412,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 28,2 faizi Rusiya Federasiyası, 16,1 faizi Türkiyə, 8,9 faizi Hindistan, 8,0 faizi İran, 4,1 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3,0 faizi Pakistan, 1,8 faizi Çin, 1,7 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Küveyt, 1,1 faizi İsrail, hər birindən 1,0 faiz olmaqla Oman, Belarus və Böyük Britaniya, 11,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67,0 faizini kişilər, 33,0 faizini qadınlar təşkil etmişdir.Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,2 dəfə, İspaniyadan - 2,0 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Çindən - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,5 dəfə, Qazaxıstandan - 49,8 faiz, Pakistandan - 48,5 faiz, Omandan - 45,0 faiz, İordaniyadan - 41,6 faiz, Polşadan - 37,9 faiz, İtaliyadan - 37,0 faiz, ABŞ-dan - 35,2 faiz, İrandan - 30,4 faiz, Niderlanddan - 28,5 faiz, Türkmənistandan - 28,1 faiz, Almaniyadan - 28,0 faiz, Yəməndən - 27,7 faiz, Fransadan - 24,5 faiz, Səudiyyə Ərəbistanından - 22,7 faiz, Tacikistandan - 21,8 faiz, Misirdən - 20,8 faiz, Böyük Britaniyadan - 20,3 faiz, Rusiya Federasiyasından - 17,7 faiz, Özbəkistandan - 16,2 faiz, Ukraynadan - 15,9 faiz, Türkiyədən - 13,9 faiz, Moldovadan - 11,3 faiz artmışdır. 

2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,3 faiz artaraq 106,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 25,3 faiz artaraq 391,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 19,4 faiz artaraq 905,8 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,9 faizi hava, 22,9 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.                                                                                                                             

2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 16,9 faiz artaraq 1998,9 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 33,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 13,4 faiz, Gürcüstana gedənlərin sayı 13,0 faiz, Türkiyəyə gedənlərin sayı 9,9 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,4 faizi Türkiyəyə, 20,6 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,7 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil etmişdir.

2024-cü ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,5 faizi hava, 28,4 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

 

   Əlaqə telefonu: 377 10 70 (22 75)