

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2024-cü ildə avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
2024-cü ildə 1427 və ya 2023-cü illə müqayisədə 12,8 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,4 faiz azalaraq 1952 nəfər olmuşdur. Onlardan 764-ü həlak olmuş, 1188-i isə yaralanmışdır. Hadisələrin 40,2 faizi gündüz, 38,4 faizi gecə, 21,4 faizi isə toran vaxtı baş vermiş, 29,7 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 86,8 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 12,1 faiz azalaraq 559 nəfər, yaralananların sayı isə 14,1 faiz azalaraq 1116 nəfər olmuşdur.
Bütün yol-nəqliyyat hadisələrinin 37,9 faizi bir neçə nəqliyyat vasitəsinin, 41,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 21,0 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,6 faizini, yaralananların isə 71,3 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 19 hadisə baş vermiş, nəticədə 10 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdır. Hadisələrin 16-sı minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
Əlaqə nömrəsi: 377 10 70 (22-22)