2008-ci ilin yanvar-sentyabr aylarında istehlak bazarı haqqında

20.10.2008

2008-ci ilin yanvar-sentyabr aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünün səviyyəsini 15,5 faiz üstələyərək 7,7 milyard manat olmuşdur. Dövriyyənin 15,9 faizi hüquqi şəxslərin, 44,6 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 39,5 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşmışdır. Hesabat dövründə ticarət şəbəkələrindən əhaliyə 5,0 milyard manatlıq ərzaq, 2,7 milyard manatlıq qeyri-ərzaq malları satılmış və 2007-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq 10,2 və 29,6 faiz artmışdır. Doqquz ay ərzində əhaliyə 2,3 milyard manatlıq və ya 29,7 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin 79,6 faizi hüquqi, 20,4 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 36,9 və 7,5 faiz çox pullu xidmət göstərilmişdir.