2008-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

07.11.2008

Doqquz ay ərzində nəqliyyat müəssisələrində çalışan muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 min nəfər artaraq 70,5 min nəfər təşkil etmişdir. Onların 83,4 faizi dövlət müəssisələrində, 16,6 faizi özəl bölmədə çalışır. İşçilərin 63,7 faizi quru yol, 13,4 faizi su, 6,5 faizi hava nəqliyyatı və 16,4 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir. Nəqliyyatçıların orta aylıq əmək haqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,2 faiz artaraq 300,5 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 787,4 manat, dəniz nəqliyyatında 442,4 manat, avtomobil nəqliyyatında 328,3 manat, dəmir yolu nəqliyyatında isə 165,7 manat təşkil etmişdir. Əmək haqqının artımı hava nəqliyyatında 44,6 faiz, dəniz nəqliyyatında 23,4 faiz, avtomobil nəqliyyatında 40,2 faiz, dəmir yolu nəqliyyatında 26,5 faiz səviyyəsində olmuşdur. Rabitə müəssisələrində işləyənlərin sayı 4,2 faiz çoxalaraq 22,7 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 28,0 faiz artaraq 372,6 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin əmək haqqı dövlət bölməsinə nisbətən 4,8 dəfə yüksək olmuşdur.