Xarici ticarət əlaqələri haqqında

13.06.2025, 12:00

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 101 ölkəyə məhsul ixrac olunmuş, 150 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 16419,1 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 8286,2 milyon dollarını və ya 50,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 8132,9 milyon dollarını (49,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 153,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 18,2 faiz, real ifadədə 3,0 faiz artmışdır. İdxal real ifadədə 21,0 faiz artmış, ixrac isə 8,7 faiz azalmışdır.

2025-ci ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı 1068,6 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 16,1 faiz artmış, real ifadədə isə 8,2 faiz azalmışdır.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,2 faizi İtaliya, 11,5 faizi Türkiyə, 10,8 faizi Rusiya, 8,4 faizi Çin, 3,6 faizi Almaniya, 2,8 faizi Birləşmiş Krallıq, 2,7 faizi ABŞ, 2,0 faizi Çexiya, hər biri 1,9 faiz olmaqla Avstraliya və Yunanıstan, 1,8 faizi Rumıniya, 1,7 faizi İsveçrə, hər biri 1,6 faiz olmaqla Gürcüstan və Qazaxıstan, hər biri 1,4 faiz olmaqla Xorvatiya və Bolqarıstan, 1,3 faizi Meksika, 1,2 faizi İran, 1,1 faizi Portuqaliya, 1,0 faizi Özbəkistan, hər biri 0,9 faiz olmaqla Ukrayna, Braziliya və Kanada, 12,4 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

İxracın 46,8 faizini İtaliyaya, 13,0 faizini Türkiyəyə, 3,7 faizini Rusiyaya, 3,5 faizini Çexiyaya, hər biri 3,3 faiz olmaqla Yunanıstan və Almaniyaya, 3,2 faizini Rumıniyaya, hər biri 2,7 faiz olmaqla Xorvatiya və Gürcüstana, 2,5 faizini Bolqarıstana, 2,2 faizini Portuqaliyaya, 1,8 faizini İsveçrəyə, 1,6 faizini Birləşmiş Krallığa, 1,5 faizini İrlandiyaya, hər biri 0,9 faiz olmaqla Niderland və Tailanda, hər biri 0,8 faiz olmaqla İndoneziya, Serbiya və Ukraynaya, 0,6 faizini Danimarkaya, hər biri 0,4 faiz olmaqla Tunis, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinə, 2,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

 Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,1 faiz), Türkiyəyə (17,6 faiz), Gürcüstana (9,9 faiz), İsveçrəyə (9,4 faiz), Ukraynaya (5,9 faiz), Qazaxıstana (3,2 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,0 faiz), ABŞ-a (2,2 faiz), Belarusa (2,2 faiz), Türkmənistana (1,4 faiz), İtaliyaya (1,3 faiz), Kanadaya (1,3 faiz), Özbəkistana (1,3 faiz), Almaniyaya (1,2 faiz), İsrailə (1,2 faiz), Çinə (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

 Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,5 faizi Rusiya, 17,2 faizi Çin, 10,0 faizi Türkiyə, 5,4 faizi ABŞ, 4,2 faizi Birləşmiş Krallıq, 4,0 faizi Avstraliya, 3,9 faizi Almaniya, 2,8 faizi Qazaxıstan, 2,6 faizi Meksika, 2,4 faizi İran, hər biri 1,9 faiz olmaqla Özbəkistan və İtaliya, 1,8 faizi Braziliya, hər biri 1,6 faiz olmaqla Kanada və Yaponiya, hər biri 1,5 faiz olmaqla İsveçrə, Koreya və Belarus, 1,3 faizi Cənubi Afrika Respublikası, hər biri 1,1 faiz olmaqla Ukrayna və Türkmənistan, 12,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2025-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 27,3 faiz, təzə tərəvəz – 10,0 faiz, şəkər – 39,7 faiz, meyvə və tərəvəz konservləri – 7,9 faiz, bitki yağları – 59,3 faiz, çay – 2,2 faiz, mineral gübrələr – 26,2 faiz, emal olunmamış alüminium – 7,8 faiz, sement klinkerləri – 15,8 faiz, qara metallardan borular – 69,0 faiz, pambıq ipliyi – 12,3 faiz artmış, meyvə və tərəvəz şirələri ixracı isə 21,7 faiz, tütün – 59,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar     – 29,0 faiz, kartof – 25,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 49,4 faiz, pambıq lifi – 20,5 faiz, polipropilen – 14,1 faiz, polietilen – 8,8 faiz, elektrik enerjisi – 38,7 faiz, qara metallardan çubuqlar – 47,4 faiz, bentonit gili – 12,7 faiz azalmışdır.  

2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2025-ci ilin yanvar-aprel aylarında buğda idxalı 57,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 17,5 faiz, xam şəkər        – 86,9 faiz, kartof – 12,6 faiz, çay – 45,9 faiz, quş əti və onun əlavə məhsulları – 3,4 faiz, təzə tərəvəz – 35,7 faiz, siqaretlər – 2,6 dəfə, minik avtomobilləri – 23,2 faiz, polad prokatı – 6,4 faiz, qara metallardan çubuqlar – 56,8 faiz, rezin şinlər – 42,4 faiz, məişət kondisionerləri – 39,6 faiz, mebellər – 2,8 faiz, polietilen – 11,1 faiz, paltaryuyan maşınlar  – 2,8 faiz, polipropilen – 6,2 faiz, avtobuslar – 2,0 dəfə, məişət soyuducuları – 26,8 faiz artmış, təzə meyvə idxalı isə 16,8 faiz, şokolad və şokolad məhsulları – 3,9 faiz, unlu qənnadı məmulatları – 6,7 faiz, bitki yağları – 49,0 faiz, mal əti – 16,6 faiz, dərman vasitələri – 20,3 faiz, qara metallardan borular – 28,7 faiz, hesablama maşınları, blok və qurğuları – 9,7 faiz, yük avtomobilləri – 0,5 faiz, mineral gübrələr – 7,1 faiz, sintetik yuyucu vasitələr – 8,1 faiz, qara metallardan künclüklər – 4,3 faiz, sement – 5,5 faiz azalmışdır.

 

Əlaqə telefonu: 377 10 70 (22-60)