2008-ci ildə istehlak bazarı haqqında

19.01.2009

Ötən ildə ölkə iqtisadiyyatının bütün sahələri kimi, ticarət və xidmət sektoru da dinamik inkişaf etmişdir. Ticarət və xidmət şəbəkələrinin genişlənməsi nəticəsində 2008-ci ildə ticarət və xidmət göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlmişdir. 2008-ci ildə ticarət şəbəkəsindən əhaliyə 10,9 milyard manatlıq və ya 2007-ci ildəkindən 16.1 faiz çox geniş çeşidli müxtəlif istehlak malları satılmışdır. İstehlak mallarının 7,0 milyard manatını ərzaq, 3,9 milyard manatını qeyri-ərzaq malları təşkil etmiş və onların satışı 2007-ci il ilə müqayisədə müvafiq olaraq 10,7 və 30,0 faiz artmışdır. Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 16,0 faizi hüquqi şəxslərin, 43,5 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 40,5 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşmışdır. İl ərzində əhaliyə 3,4 milyard manatlıq və ya 29,7 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin 80,3 faizi hüquqi, 19,7 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 36,7 və 7,3 faiz çox pullu xidmət göstərilmişdir.