Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Kvota üzrə balıq ovu haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 119 „–-li qərarı ilə təsdiq edilmiş balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq 2008-ci ilin nəticəsi üzrə 71 hüquqi və fiziki şəxs tərəfindən balıq ovuna verilmiş 3700 ton kvotaya qarşı 1517 ton balıq ovlanmışdır. Ovlanmış balığın 65 tonu nərəkimilərin, 50 tonu kütüm, 108 tonu siyənək, 76 tonu çapaq, 58 tonu külmə, 27 tonu sıf, 1020 tonu kilkə balıqlarının, 113 tonu isə xəşəm, kefal, dabanbalığı, çəki, şamayı, qarasol və digər balıq növlərinin payına düşür. Verilmiş kvota üzrə ödənilmiş məbləğin həcmi 79 min manat olmuşdur.