Ailə kəndli təsərrüfatlarının bələdiyyələrdə uçota alınması barədə

12.02.2009

"Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli Fərmanının icrasını təmin etmək məqsədilə yerli bələdiyyə orqanları tərəfindən müəyyən işlər görülür. Bununla əlaqədar ailə kəndli təsərrüfatı üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin verilməsi məqsədilə 2008-ci ildə 3640 nəfər ailə üzvü olan 870 ailə kəndli təsərrüfatı kənd bələdiyyə orqanlarında qediyyata alınmışdır.
Ümumilikdə, son iki ildə 7899 ailə kəndli təsərrüfatı qeydiyyatdan keçmişdir. Onların ailə üzvlərinin sayı 33250 nəfər olmuşdur.