Yazlıq bitkilər əkininin gedişi barədə

08.05.2009

Ölkədə yazlıq bitkilərin kütləvi əkini davam edir. May ayının 1-i vəziyyətinə 211.5 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 33.4 min hektarda dənli və dənli paxlalı bitkilər, 48.2 min hektarda kartof, 49.4 min hektarda tərəvəz bitkiləri, 15.9 min hektarda ərzaq üçün bostan bitkiləri, 10.5 min hektarda pambıq, 40.9 min hektarda çoxillik otlar, və s. kənd təsərrüfatı bitkiləri əkilmişdir. Dövlət büdcəsi vəsaiti hesabına buğda istehsalçılarına hər hektar əkin sahəsinə görə əlavə 40 manat yardımın verilməsi 2009-cu ilin məhsulu üçün payızlıq buğdanın əkin sahəsinin xeyli genişləndirilməsi ilə nəticələnmiş və yazlıq bitkilərin əkini üçün nisbətən az torpaq sahəsi qalmışdır. Bununla əlaqədar, habelə əkin dövründə havaların qeyri-sabit keçməsi nəticəsində bütövlükdə yazlıq bitkilərin ümumi əkin sahəsi keçən ilin müvafiq dövrünə nisbətən bir qədər azalmışdır.