Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2009-cu ilin birinci rübündə nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə
Birinci rübdə nəqliyyat müəssisələrində çalışan muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 min nəfər artaraq 70,7 min nəfər təşkil etmişdir. Onların 83,9 faizi dövlət müəssisələrində, 16,1 faizi özəl bölmədə çalışır. İşçilərin 60,7 faizi quru yol, 13,5 faizi su, 12,3 faizi hava nəqliyyatı və 13,5 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir. Nəqliyyatçıların orta aylıq əmək haqqı əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 33,4 faiz artaraq 358,3 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 736,6 manat, dəniz nəqliyyatında 499,0 manat, avtomobil nəqliyyatında 328,5 manat, dəmir yolu nəqliyyatında isə 196,0 manat təşkil etmişdir. Əmək haqqının artımı hava nəqliyyatında 8,1 faiz, dəniz nəqliyyatında 19,8 faiz, avtomobil nəqliyyatında 16,5 faiz, dəmir yolu nəqliyyatında 36,1 faiz səviyyəsində olmuşdur. Rabitə müəssisələrində işləyənlərin sayı 2,4 faiz çoxalaraq 23,2 min nəfər, orta aylıq əmək haqqı isə 6,5 faiz artaraq 395,8 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin əmək haqqı dövlət bölməsinə nisbətən 3,5 dəfə yüksək olmuşdur.