2009-cu ilin yanvar-iyul aylarında sənayenin işi haqqında

15.08.2009

2009-cu ilin yanvar-iyul aylarında ölkə sənayesində 11.3 milyard manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 0.1 faiz çox məhsul istehsal olunmuş və sənaye xarakterli xidmət göstərilmişdir. Sənaye istehsalının 72.5 faizi mədənçıxarma, 21.2 faizi emal və 6.3 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölmələrinin payına düşmüşdür. İstehsalın 91.7 faizi malların, 8.3 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaranmış, sənaye məhsulunun 21.7 faizi dövlət müəssisələrində, 78.3 faizi isə özəl bölmədə istehsal edilmişdir. İstehsal olunmuş sənaye məhsulunun 99.9 faizi istehlakçılara göndərilmiş, müəssisələrin anbarlarında 206.2 milyon manatlıq hazır məhsul qalmışdır.