Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2009-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin işi haqqında
Birinci yarımildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 21,1 milyon ton yük, 99,4 milyon sərnişin daşınmışdır. Dəhliz üzrə yük daşınmasında dəmir yolu nəqliyyatı 44,6 faiz, avtomobil nəqliyyatı 37,2 faiz, dəniz nəqliyyatı 18,2 faiz paya malik olmuş, dəhlizdə bu nəqliyyat növləri ilə daşınmış yüklər ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 22,9 faizini təşkil etmişdir. Ölkə ərazisindən ötürülmüş tranzit yüklərin həcmi 6,2 milyon ton olmuş, dəmir yolunda yük daşınmasının 31,2 faizi, dəniz nəqliyyatında isə 84,8 faizi tranzit yüklərin hesabına həyata keçirilmişdir. Dəhliz üzərində həyata keçirilmiş daşımalardan 116,2 milyon manat gəlir əldə edilmişdir. Gəlirlərin yarısı dəmir yolu nəqliyyatında əldə olunmuş, qalan hissəsi - 24,5 faizi avtomobil, 25,8 faizi isə dəniz nəqliyyatının fəaliyyəti nəticəsində yaranmışdır.