“Azərbaycanda hüquqpozmalar” statistik məcmuəsi nəşr olunub

11.08.2026, 12:59

“Azərbaycanda hüquqpozmalar” adlı statistik məcmuə ölkədə hüquqpozmalara  dair statistikanın ümumiləşdirilmiş məlumatlartını özündə əks etdirir.

Məcmuə 2010-2025-ci illər üzrə hüquqpozmalarla əlaqəli ümumi məlumatları, eləcə də növlərə və sahələrə görə qeydə alınmış cinayətlərə, cins və yaş qrupları üzrə cinayət törətmiş şəxslərə, məhkum olunanlara, prokurorluq orqanlarının işinə, yol-nəqliyyat hadisələrinə, baş vermiş yanğınlara və Azərbaycan Respublikasının regionlarında cinayətkarlığa dair məlumatları xarakterizə edən bir sıra göstəriciləri özündə cəmləyir.

Məcmuənin elektron versiyası ilə keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/crime_2026.pdf