Xarici ticarət əlaqələri haqqında

10.09.2026, 12:00

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 121 ölkəyə məhsul ixrac edilib, 160 ölkədən isə məhsul idxal olunub.

2026-cı ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 30017,4 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə 10256,0 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb.

2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 6,9 faiz artıb, real ifadədə isə 15,1 faiz azalıb.