Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi Bakıda Zəfər parkını ziyarət ediblər

27.09.2026, 17:43

27 Sentyabr - Anım Günü ilə əlaqədar Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi sentyabrın 27-də Bakıda Zəfər parkını ziyarət ediblər.
Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.