Аzərbaycanin demoqrafik göstəriciləri

02.11.2009

2009-cu il oktyabr ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı 8 973 min nəfərə çataraq ilin əvvəlindən 76 min nəfər artmışdır. Əhalinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir, hər 1000 nəfər kişiyə 1041 nəfər qadın düşür. Cari ilin yanvar-sentyabr aylarında dünyaya gəlmiş 109,5 min körpənin 54,1 faizi oğlan, 45,9 faizi qızlar olmuş, doğulanların 1196-sı əkiz, 18-i üçəmdir. 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 16,5-dən 16,6-ya qədər artmış, ölənlərin sayı 6,1-dən 6,0-a qədər azalmışdır. Bu dövrdə ölkədə 54,6 min nikah və 5,8 min boşanma qeydə alınmış və ötən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8,1-dən 8,2-yə qədər artmış, boşanmaların sayı eyni səviyyədə (0,9) qalmışdır.