Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İdxal - ixrac əməliyyatları haqqında
2009-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası 132 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 14.4 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin 10.0 milyard dollarını (69.6 faizini) ölkədən ixrac olunmuş mallar, 4.4 milyard dollarını (30.4 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 5.6 milyard dollarlıq müsbət saldo yaranmışdır. İxrac-idxal əməliyyatlarının 52.9 faizi Avropa, 32.4 faizi Asiya, 13.5 faizi Amerika, 1.1 faizi Afrika qitəsi ölkələrinin, 0.1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının 18.0 faizi İtaliya, 9.4 faizi Amerika Birləşmiş Ştatları, 9.4 faizi Rusiya Federasiyası, 6.9 faizi Fransa, 5.7 faizi İsrail, 5.2 faizi Türkiyə, 3.8 faizi Tayvan (Çinin əyaləti), 3.5 faizi Almaniya, 3.1 faizi Kanada, 2.9 faizi Ukrayna, 2.8 faizi Böyük Britaniya, 2.8 faizi Çin, qalan 26.5 faizi digər dövlətlərlə aparılmışdır.