2009-cu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin işi haqqında

23.11.2009

Doqquz ay ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində 32,1 milyon ton yük, 152,2 milyon sərnişin daşınmışdır. Yüklərin 44,6 faizi dəmir yolu, 37,1 faizi avtomobil, 18,3 faizi dəniz nəqliyyatı ilə daşınmış və ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 23,3 faizini təşkil etmişdir. Ölkə ərazisindən ötürülmüş 9,6 milyon ton tranzit yüklərin 48,0 faizi dəmir yolu, 52,0 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilmişdir. Daşımalardan 176,9 milyon manat gəlir əldə edilmiş, gəlirlərin demək olar ki, yarısı dəmir yolu, 26,5 faizi avtomobil, 24,4 faizi isə dəniz nəqliyyatının fəaliyyəti nəticəsində əldə edilmişdir.