Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2009-cu il ərzində yeni yaradılmış hüquqi və fiziki şəxslər haqqında
Hüquqi və fiziki şəxslərin sayı artmaqda davam etmişdir. 2009-cu il ərzində qeydiyyata alınmış 5314 hüquqi şəxsin 195-i dövlət mülkiyyətinə, 1-i bələdiyyə mülkiyyətinə, 4529-u xüsusi mülkiyyətə mənsubdur. Onların 463-ü tam xarici investisiyalı, 126-sı isə birgə müəssisələrə aiddir. Yeni müəssisələrin 65.5 faizi Bakıda, 11.6 faizi Aran, 5.7 faizi Abşeron, 5.0 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə yaradılmışdır. Azərbaycan Respublikasının vergi orqanlarının məlumatlarına əsasən, keçən il ərzində 37918 fiziki şəxs qeydiyyatdan keçmişdir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınmışdır.