Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2009-cu ildə nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə
2009-cu ildə nəqliyyat müəssisələrində çalışan muzdlu işçilərin sayı 68,5 min nəfər təşkil etmişdir. Onların 82,3 faizi dövlət müəssisələrində, 17,7 faizi özəl bölmədə çalışır. İşçilərin 59,9 faizi quru yol, 13,6 faizi su, 12,9 faizi hava nəqliyyatı və 13,6 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir. 2008-ci illə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 16,8 faiz artaraq 363,7 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 700,1 manat, dəniz nəqliyyatında 497,4 manat, avtomobil nəqliyyatında 366,2 manat, dəmir yolu nəqliyyatında isə 186,6 manat təşkil etmişdir. Əmək haqqının artımı dəniz nəqliyyatında 6,7 faiz, avtomobil nəqliyyatında 21,2 faiz, dəmir yolu nəqliyyatında 7,2 faiz səviyyəsində olmuşdur. Rabitə müəssisələrində işləyənlərin sayı 22,7 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 14,6 faiz artaraq 432,5 manat olmuşdur.