Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsində görüş
22 fevral 2010-cu il tarixdə Dövlət Statistika Komitəsinin sədri A.Vəliyev Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasına rəhbərlik edən xanım Ninke Oomesin başçılığı ilə nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı Dövlət Statistika Komitəsi ilə Beynəlxalq Valyuta Fondu arasında uğurla inkişaf edən ikitərəfli tərəfdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanmış və bu münasibətlərin gələcəkdə inkişaf edərək daha da möhkəmlənməsinə əminlik ifadə edilmişdir. Eyni zamanda, hər iki təşkilat arasında qarşılıqlı əməkdaşlıq məsələləri və yaxın gələcək üçün perspektivlər ətrafında fikir mübadiləsi aparılmışdır.