Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İstehlak bazarı haqqında
2010-cu ilin yanvar-fevral aylarında ölkədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2009-cu ilin eyni dövrünə nisbətən 8,1 faiz artaraq 2,0 milyard manat olmuşdur. Ticarət şəbəkələrindən əhaliyə 1,3 milyard manatlıq ərzaq, 690,4 milyon manatlıq qeyri-ərzaq malları satılmış, 2009-cu ilin yanvar-fevral ayları ilə müqayisədə onların satışı müvafiq olaraq 8,4 və 7,9 faiz artmışdır. İki ayı ərzində əhaliyə 678,0 milyon manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz çox pullu xidmətlər göstərilmişdir.