Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2010-cu ilin yanvar-fevral aylarında sənayenin inkişafı haqqında
Ölkə iqtisadiyyatında əhəmiyyətli paya malik sənaye sahələrində təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 6,7 faiz artaraq 4,7 milyard manat təşkil etmişdir. İki ayda mühüm sənaye məhsullarından xam neftin hasilatı 8,0 milyon ton, əmtəəlik təbii qaz hasilatı 2,9 milyard kub metr olmuşdur. Özəl bölmədə istehsalın həcmi 8,8 faiz artmış və sənaye məhsulunun 81,5 faizini təşkil etmiş, ümumi istehsalın 93,1 faizi sənaye mallarının (əmtəələrin), 6,9 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Məhsulun 76,7 faizi mədənçıxarma bölməsində, 16,8 faizi emal bölməsində, 6,1 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,4 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. İstehsal edilmiş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmişdir.